İcarəyə verilir 2 otaqlı yeni tikili 65 m², Bakmil m.
Nərimanov rayonunun ən prestijli layihələrindən biri olan City Garden Nərimanov yaşayış kompleksində qanuni 2 otaqlı (mətbəxi ayrıdır) mənzil kirayə təklif olunur.
Mənzil tam yeni təmirdən çıxıb və bu günədək yaşayış olmayıb. İnteryer zövqlə dizayn olunub, bütün detallar yüksək keyfiyyətlə seçilib. Rahat və komfortlu yaşayış üçün ideal variantdır.
Kompleks elit və sakit mühitə malikdir. Geniş və abad həyəti, uşaqlar üçün oyun meydançaları, mini stadion və istirahət zonaları sakinlərin istifadəsinə verilib. Təhlükəsizlik və yaşayış komfortu yüksək səviyyədə təmin olunub.
Ərazi baxımından çox əlverişli mövqedə yerləşir – ətrafda bütün lazımi infrastruktur (marketlər, məktəblər, ictimai iaşə obyektləri və s.) mövcuddur.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.





































































































































































