Satılır 8 otaqlı həyət evi/bağ evi 660 m², Yasamal q.
Patamdar qəsəbəsi, 3-cü massivdə yerləşən möhtəşəm villa təcili olaraq satışa çıxarılıb.
Villa 3 mərtəbəlidir, ümumi sahəsi 660 kv.m təşkil edir və 10 sot torpaq sahəsində yerləşir. Geniş və işıqlı otaqları, böyük yataq otaqları mövcuddur, yataq otaqlarının əksəriyyətinin özünə məxsus sanitar qovşağı var ki, bu da əlavə komfort yaradır.
Evin daxilində yüksək səviyyədə, klassik üslubda və çox bahalı materiallarla təmir aparılıb. Təmir zamanı keyfiyyətli parketlərdən, premium səviyyəli materiallardan istifadə olunub, mənzil bahalı və zövqlü mebellərlə tam təchiz edilib. İnteryer hər detalına qədər düşünülərək hazırlanıb və evə xüsusi dəbdəbə qatır.
Həyətyanı sahədə istirahət üçün hər bir şərait yaradılıb — ayrıca manqal zonası, manqal üçün xüsusi mətbəx və besedka mövcuddur.
Villanın 2 geniş balkonu var və bu balkonlardan açılan dəniz mənzərəsi evə əlavə dəyər və xüsusi ab-hava verir.
Sənədlər tam qaydasındadır.
Villa dəyərindən aşağı qiymətə təklif olunur və bu baxımdan çox sərfəli seçimdir.




















































































































































































